Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision 2023” mahnı müsabiqəsi üçün səsvermə sistemində əsaslı dəyişikliklər edilib.
Yenixeber.org: Bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bundan sonra hansı ölkələrin yarımfinala yüksələcəyini tamaşaçıların səsləri müəyyən edəcək. Həmçinin,
– İştirakçı olmayan ölkələrdən olan tamaşaçılar onlayn səsvermədə iştirak edə biləcəklər;
– Yekun nəticəni müəyyən etmək üçün münsiflər heyətinin səsləri qlobal auditoriyanın səsləri ilə birləşdiriləcək;
– Gələn il yarımfinala yüksələn ölkələr 2009-cu ildən bəri olduğu kimi münsiflər heyəti və ictimai səslərin kombinasiyası əsasında deyil, yalnız tamaşaçıların səsləri əsasında müəyyən ediləcək;
– Musiqi sənayesinin peşəkar münsiflər heyəti Böyük Finalda qalacaq, lakin yarımfinaldan kimin oraya çatacağına tam nəzarət tamaşaçıların ixtiyarına verilib.