Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Fikrət Əmirovun 100 illik yubileyi keçirilib -Nyu-Yorkda

 

ABŞ-ın Nyu-York şəhərində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert keçirilib.

Yenixeber.org: Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti, professor, beynəlxalq müsabiqələr laureatı Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə baş tutan musiqili gecəyə Nyu-Yorkun dünyaca məşhur “Carnegie Hall” konsert zalı ev sahibliyi edib.

“Dostluq körpüsü” (Bridge of Friendship) adlandırılan musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan azərbaycan icmasının fəalları, yerli ictimayyətin nümayəndələri və sənətsevərlər qatılıb.

N.Əliyarova qonaqlara Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi F.Əmirov haqqında məlumat verib və onun dünya müsiqi irsinə miras qoyduğu zəngin irsindən bəhs edib.

Dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertdə Nyu-York Beynəlxalq Virtuoz Orkestrinin (NYIVO) ifasında Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert”inin premyerası baş tutub. Konsertdə eyni zamanda türk bəstəkar Faruk Kancanın “Qremmi” mükafatına layiq görülmüş “Vox in Terra” mahnısının dünya premyerası keçirilib.

Gecədə N.Əliyarova və dünya şöhrətli skripka ifaçısı, Paqanini müsabiqəsinin qalibi Aleksandr Markov Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər. Onların çıxışları qonaqlar tərəfindən böyük alqışlar və maraqla qarşılanıb.

Konsertdə dünyaca məşhur yəhudi-alman bəstəkarı Feliks Mendelsson, məşhur türk bəstəkarı Nevit Kodalli və yəhudi əsilli məşhur Amerika bəstəkarı Corc Gerşvinin əsərləri ifa olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam