Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Namiq Məna Rəşad Dağlının adam öldürməyindən danışdı

 

Xəbər verdiyimiz kimi, tanınmış meyxana ustası Rəşad Dağlı bu gün səhər saatlarında qonşusu, keçmiş məhbus İsgəndər Mehdiyevi ürəyindən bıçaqlayaraq qətlə yetirib.

Yenixeber.org: Qeyd edək ki, Rəşad Dağlı kimi tanınan Əmirov Rəşad Vaqif oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin qaldırılıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Tanınmış meyxana ustası Namiq Əliyev ( Namiq Məna) məlum hadisədən heyfsləndiyini bildirib.

O, bu hadisəni söz sənətinə zərbə kimi qiymətləndirib:

“Düzünü desəm, mənim bu barədə tam məlumatım yoxdur və hadisəni tam təfsilatı ilə bilmirəm ki, nə necədir. Amma mən özüm də bu hadisəni eşidəndə çox pis oldum. Çünki Rəşad istedadlı oğlandır və deyərdim ki, qeyri-adi istedada malik sənətkar, söz ustadıdır. Yəni belə insanları, ümumiyyətlə, qoruyub saxlamaq lazımdır. Lakin gərək birinci insan özü özünü qorusun. Çünki özünü qoruyanı Allah da qoruyar. Mən həqiqətən çox təsirləndim ki, bu hadisənin baş verməsi nəticəsində belə bir gənc istedad həbs olundu”.

N.Məna deyib ki, o, bu məsələyə yalnız böyük bir istedadın itkisi kimi yanaşır:

“Çünki Rəşad istedadlı, özünə hörmət edən oğlandır. Yaxınlarda övladı üçün də toy etmişdi, ona görə də bu hadisə mənə çox pis təsir etdi. Təbii ki, elə məqamlar var ki, gərək, əsəblərinə hakim olmağı bacarasan. Çünki biri var ki, tək özün üçün, ailən üçün yaşayırsan, biri də var ki, milyonlara azarkeşin üçün yaşayasan. Hansı ki, Rəşadda bu mövcud idi. Gərək, sənət adamı onu da düşünməlidir ki, bu qədər insanların qəlbini açıb, onları söz müjdəsi ilə sevindirirsə, o, belə bir şey etməməlidir. Ona görə də sənət adamlarını qorumaq lazımdır”.

“Çox təəssüflənirəm, Allah qapısını açsın, Allah köməyi olsun. Mən yenə deyirəm, məsələnin tam təfsilatını bilmirəm, amma onu bilirəm ki, Rəşad özünə hörmət edən insandır, mən onu yaxşı oğlan, yaxşı insan kimi tanıyıram. Ümumiyyətlə, bu hadisənin baş verməsi, Rəşadın həbs olunması söz sənətinə bir zərbədir. Çünki müasir dövrdə söz sənətinin inkişafında Rəşadın böyük rolu var idi. Allah köməyi olsun. Başqa nə deyə bilərəm ki?”, - söz ustadı fikirlərini tamamlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam