Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

LİMANDA UKRAYNA BAYRAĞI DALĞALANIR -5 min rus hərbçisi mühasirədə qalıb

Yenixeber.org: Qərb Ordu Komandanlığının sözçüsü Sergey Çerevtay şənbə günü bildirib ki, Limanda 5500-ə qədər rus əsgəri var, lakin onların hamısı mühasirəyə düşməyib. Şünki bəzi qruplar geri çəkilməyə nail olub.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə yazıb ki, Limanda 5 minə yaxın rusiyalı hərbçi qalıb. O iddia edir ki, onlar Rusiya komandanlığından şəhəri tərk etmək üçün icazə istəyiblər, lakin rədd cavabı gəlib.

"İndi onlar mühasirəni yarmağa cəhd edə, ya ölə, ya da təslim ola bilərlər. Liman şəhərindəkı rus hərbçilərinə döyüş sursatı çatdırılması və ya qəsəbədən çəkilməsi imkanı artıq əngəllənib. Növbəti hücum Luqansk vilayətinin Kremennaya qəsəbəsinə, daha sonra Severodonetsk şəhəri istiqamətində ola bilər", - Qayday deyib.

Bu gün sosial şəbəkələrdə Limanın girişində ukraynalı əsgərlərin olduğu video yayılıb. Bunun rus qoşunlarının şəhərdən geri çəkildiyi anlamına gəlib-gəlmədiyi hələ aydın deyil.

Ukrayna Prezidenti Vladimir Zelenski də Ukrayna qüvvələrinin Liman istiqamətində uğurlarını təsdiqləyərək, xüsusilə Yampol kəndini azad edildiyini bildirib.

Sosial şəbəkələrdə isə Liman yaxınlığındakı bir sıra digər yaşayış məntəqələrinə Ukraynanın nəzarətinə keçdiyini təsdiq edən materiallar yayılıb.

Xatırladaq ki, Amerika Müharibənin Tədqiqi İnstitutu Ukrayna qüvvələrinin 72 saat ərzində Limana nəzarəti ələ keçirəcəyini açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam