Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Bu gün futbol azarkeşləri Azərbaycan derbisinə baxacaqlar

Bu gün futbol azarkeşləri Azərbaycan derbisinə baxacaqlar
Yenixeber.org: Qarşılaşmalardan biri bölgədə, digəri paytaxtda baş tutacaq.

Günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Hazırda 10 xala malik komandalar 5-6-cı yerləri bölüşdürür. İki kollektiv indiyədək ölkə çempionatında üz-üzə gəlməyib.

Turun mərkəzi oyununda isə "Qarabağ" "Azersun Arena"da "Neftçi" ilə qarşılaşacaq. Hər iki komandanın aktivində 18 xal olsa da, "köhlən atlar" rəqibindən 1 oyun az keçirib.

Ağdam və Bakı təmsilçiləri bunadək ölkə çempionatında 87 dəfə bir-birinə rəqib olub. Bunların 34-ü "Qarabağ"ın, 23-ü "Neftçi"nin xeyrinə başa çatıb. 30 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də son Azərbaycan çempionu üstündür - 104-79

"Qarabağ" son 4 görüşdə qələbə qazanıb. Ağdam klubu son iki ev oyununda 4 top vurub.

Azərbaycan Premyer Liqası

VIII tur

1 oktyabr (şənbə)

15:30. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
Tovuz şəhər stadionu.

18:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli
Hakim-inspektor: Vüsal Əliyev
“Azersun Arena”.

Qeyd edək ki, turun açılış oyununda "Qəbələ" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Tura oktyabrın 2-də oynanılacaq "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" matçları ilə yekun vurulacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam