Redaktor seçimi
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib”

“Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib”
 “Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm idarəçilik artıq yeni formadadır”.
Yenixeber.org: Bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov deyib.

O bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir:

"Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, torpağa sevgi, Ali Baş Komandana sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi əsasən bizə təhsilin yeni formaya keçirilməsində kömək olub. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar. Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaq".

Füzuli Salahov əlavə edib ki, ali hərbi məktəbə qəbul yerlərinin sayı ildən ilə artırılır:

"Ali hərbi məktəbin plan yerini Müdafiə Nazirliyi müəyyənləşdirir. Biz də ona uyğun qəbul aparırıq. Ötən illə müqayisədə plan yerlərinin sayı xeyli artıb. Hesab edirik ki, gələcəkdə daha çox olacaq".

General-mayor qeyd edib ki, bu gün bizim üçün həm kədərli, həm də qürurlu gündür:

“Ona görə qürurluyuq ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində qaytarmışıq. Azərbaycan ordusu, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşdi və ermənilərin bütün ordusunu məhv etdik. Bu, Azərbaycanın ən parlaq səhifəsidir. Yüz illər ərzində belə qələbə olmamışdı. Bu şanlı tarix min il sonra da yaşayacaq, xatırlanacaq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam