Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Erməni valideynlərin məğlubiyyət şərhləri:"Zabitlər qaçırdılar, oğlum tələyə düşüb"

Erməni valideynlərin məğlubiyyət şərhləri:    "Zabitlər qaçırdılar, oğlum tələyə düşüb"  
Bu gün İkinci Qarabağ müharibəsinin ildönümüdür. Azərbaycanda anım tədbirləri qələbə ab-havasında təşkil olunsa da, İrəvanda 44 günlük müharibənin başlanmasının ildönümü etiraz tədbirləri, narazı bəyanatlarla keçirilir.
Yenixeber.org: Məsələn, müharibədə öldürülmüş hərbçilərin valideynləri gecə saatlarından başlayaraq Yerablur hərbi panteonuna toplaşıblar. Valideynlər jurnalistlərə verdikləri açıqlamalarda çəkdikləri dərdin ümumxalq acısı olduğunu deyir, hakimiyyəti sərt şəkildə tənqid edirlər.

İtkin düşən əsgər Araik Bağdasaryanın anası Qoar Bağdasaryan baş nazir Nikol Paşinyanı tənqid edib. O, ölkə rəhbərindən danışarkən jurnalistlərə deyib: “Mənim bu adama heç bir hörmətim yoxdur. Ona görə də həmin şəxsi öz adı ilə çağırmıram. O yalançı kimi hakimiyyətə gəldi, millətə yalan danışdı və hakimiyyət kürsüsündə bərk-bərk oturdu. Heç müharibəylə bağlı nəyi üzə çıxarmayacaq. Öz əməlləri ifşa olunacaq. Evimizin damını, vətənimizi Ter-Petrosyan, divarları, qalan pəncərələri Köçəryan dağıtdı. Sonda belə isə oldu. Paşinyan qapılarımızı sındıraraq düşmənə yuvamızı tam uçurmağa imkan verdi”.

Digər narazı valideyn, döyüşlərdə məhv edilmiş hərbçi Levon Qalstyanın anası isə deyib ki, oğlu müharibə başlayanda 10 ayın əsgəri olub.

- O, Hadrutda baş tutan xəyanət nəticəsində tələyə düşdü. Zabitlər qaçdılar və əsgərlərin isə getməyə yeri yox idi, - əsgər anası erməni zabitlərin fərariliyindən gileylənib.

Onun sözlərinə görə, hələ də araşdırımmayan xeyli hərbi işlərə dair cinayət işləri var.

- Ədalət yoxdur, hamı bir zay adama tabedir. Uşaqlıqdan yaramaz formada tərbiyə alan adam necə baş nazir ola bilər? O, bura (Yerablur-red.) girməməli idi, bu məkana daxil olmağa layiq deyildi, ölən əsgərin valideyni gileylənib.


Başqa bir əsgər anası Yerevan Today"ə Nikol Paşinyanın erməni olmadığını deyib.

“Oğlum müharibə vaxtı heç nə demirdi. Bildirirdi ki, hər şey qaydasındadır. Füzulidə öldürülüb. Bizi hansı sınaqların gözlədiyini anlayırıq, amma rəhbərlik bunun fərqində deyil... Bu hadisələr nə qədər uzanacaq, bu insanlar nə vaxta kimi əziyyət çəkəcəklər və nə qədər ana ağlayacaq? Yetər artıq, bu rəhbərlik getməlidir. Onun yeri hakimiyyətdə deyil. Uduzan, məğlub olan getməlidir. Nə qədər ki, o rəhbərlikdə qalacaq, o qədər də qurbanlarımız olacaq, yaşaya bilməyəcəyik, boğulacağıq. Onun ata biləcəyi cəsarətli addımlardan biri də xalqı üçün kürsüdən düşməkdir... Artıq onun erməni olmasına şübhə edirəm”, - digər müharibədə öldürülmüş əsgər anası hakimiyyəti, məğlubiyyətlərini sərt şəkildə tənqid edərkən deyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam