Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bu il TAP ilə İtaliyaya nəql ediləcək Azərbaycan qazının həcmi açıqlanıb

 

Bu il Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 9,5 milyard kubmetrdən çox qaz nəql edilə bilər.

Yenixeber.org:  Bunu TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) İtaliyada keçirilən “The Young Hope” tədbirində bildirib.

Onun sözlərinə görə, bu, ötən illə müqayisədə 2,5 dəfədən çoxdur: “Söhbət ölkənin son bir ildə qaza olan tələbatının 13 %-nin Azərbaycan qazı hesabına ödəməsindən gedir”.

TAP rəsmisi bildirib ki, kommersiya fəaliyyətinə başlayan gündən TAP ilə Avropaya 16 milyard kubmetr təbii qaz ixrac edilib: "Bu həcmlərin də 13,5 milyard kubmetri İtaliyanın payına düşür”.

L.Şippati qeyd edib ki, genişlənməsi vasitəsilə TAP İtaliya və Avropanın enerji və iqlim ambisiyalarını həyata keçirməyə kömək edəcək, potensial olaraq yeni həcmdə hidrogen və digər bərpa olunan qazları nəql edəcək: “TAP gələcəkdə hidrogeni nəql etmək potensialına malikdir və boru kəmərinin tutumunun genişləndirilməsi İtaliya və Avropanın iqlim ambisiyalarına nail olmağa kömək edə bilər”.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB)IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.

Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam