Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xarici jurnalistlər Şuşa ilə tanış olublar

 

Bir qrup xarici jurnalist Şuşa şəhəri ilə tanış olub.

Yenixeber.org:  Xarici media nümayəndələri Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Sonra Aşağı Gövhərağa məscidində, karvansarada olan jurnalistlərə orada aparılan bərpa işləri barədə məlumat verilib.

Sonda isə xarici jurnalistlər Şuşa qala divarını ziyarət ediblər.

Qeyd olunub ki, Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz yerdə inşa olunub. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunurdu, bu da onun müdafiəsini gücləndirirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam