Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Talesiz ANALAR...

 

*****
Talesiz, analar yazıq ANALAR,
Hər dərdə möhnətə baş əyənsiniz.
Kaş sizi sevərlər, sizi qanarlar,
Susaraq, qəlbinə söz deyənsiniz!...
*****
Viranə qəlbinə heç hay  verən yox,
Bu həyat biganə ömrünü çalır.
Halını hər zaman duyan, bilən yox,
Səni, səndən alıb xəyala salır...
*****
Oğullar bilmir ki, bəslədikləri,
Qoynunda qıvrılan *Şahmar* ilandı.
Öskürüb, asqırıb əsnədikləri,
Anlamır, bilmir ki, nəyə ziyandı...
*****
Bir ana ağlarsa, daşqın çay olar,
Önündə dayanmaz ağac, nə kötük.
Yazıqsan ay bala, halın vay olar,
Havalar dəyişər,  qışda yay olar...
*****
Təbiət qəfildən  təşvişə düşər,
Dönər əsən küləyə tufan yaradar,
Payızda övkədən qora da bişər,
İnsanın bu halı könül qanadar...
*****
Cənnətin qapısı açıq üzünə,
Anlaya, bilmirsən yaşama heç sən!
Gözlərin qapanıb, nəyin düzü  NƏ!...
" Övladsan" bu adı daşıma heç sən!...
*****
Zamanla sən özün ahıllaşarsan,
Tabağda qaşığa əkdiyin düşər.
Yaş ötür düşünmə cahıllaşarsan,
Payına o yoldan  çəkdiyin düşər...
*****
Bir ana gülərsə Allah xöş görər,
Səvabı cənnətdir, nədən olmasın.
Allahın əmrində olan hər qula,
Cənnətin payını  sevərək  bölər...
*****
Ayıl sən, ayıl sən ey Adəmoğlu,
Düşünmə, sağında duran mələkdir.
Bu dünya fanidir tutma ikiəlli.
Şeytansa günahı düzən ələklər...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam