Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Azərbaycanda qızıla tələbat niyə azalıb?

 

Dünyada hökm sürən qeyri-stabil vəziyyət bir çox sahələrə olduğu kimi, qızıl bazarına da təsir göstərib. Hazırda qızıl qiymətlərinin aşağı düşməsi, eyni zamanda qızıl zərgərlik məmulatlarına olan marağın enməsi də məhz qlobal səbəblərlə bağlıdır.

Bəs Azərbaycanda bu bazarda vəziyyət necədir?

Yenixeber.org: Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev mövzu ilə bağlı “Report”a bildirib ki, Məhərrəm ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir:

“Yay ayları olduğundan daimi alıcıların istirahətdə olmasına görə də qızıl bazarında durğunluq yaşanır. Ölkəyə turist axını olsa da, bu, bazarda canlanmaya səbəb olmayıb. Sentyabrın axırından başlayaraq qızıl bazarının aktivləşəcəyi gözlənilir".

Onun sözlərinə görə, iyun-iyul aylarında qızılın qiymətinin enişi də bazara müəyyən qədər təsir göstərdi: "Bu təsirin müsbət və ya mənfi olduğunu deyə bilmərəm. Xam qızılın qiyməti 54 ABŞ dollara qədər enmişdi. Hazırda müəyyən qədər stabillik yaranıb. Bu qiymət 57-58 dollara çatıb. Bu da vəziyyətin tədricən stabilləşəcəyini deyir”.

T.Abbasquliyev qeyd edib ki, bir neçə istehsalçı artıq xam qızılı “AzərGold”dan alacaqları ilə bağlı razılaşmaya gəliblər, qısa bir zamanda bunun şahidi olacağıq.

Zərgər Camal Qasımlı da qızıl bazarında alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildirib:

“Qiymətlərdə ciddi fərqin olduğunu deməzdim. Doğrudur, ötən aylarla müqayisədə az da olsa enmələr müşahidə olunur. Amma bu başadüşüləndir və o qədər də ciddi fərq deyil. Əvvəl xam qızılın qramı 58-59 manat idisə, indi 56-57 manatdır. Alıcılıq qabiliyyətinin aşağı düşməsi də mövsümi xarakter daşıyır. Qızılın alıcıları alıcılıq qabiliyyəti yüksək olan insanlardır ki, onlar da hazırda ölkədə deyillər. Sentyabrdan, yəni potensial alıcılarımız ölkəyə qayıdandan sonra vəziyyət yaxşılaşacaq”.

Qeyd edək ki, bu gün Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,11 % azalaraq 1 796,2 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,28 % azalaraq 20,36 ABŞ dolları təşkil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam