Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Azərbaycanda xarici jurnalistlərin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb -SİYAHI

 

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyasından hansı hallarda imtina olunacağı açıqlanıb.

Yenixeber.org:  Bu, Xarici İşlər Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nda əksini tapıb.

Sənədə əsasən, xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:

1. təqdim edilmiş sənədlər bu 

Qaydaların 2.1-ci bəndinə uyğun olmadıqda;

2. saxta və ya yanlış məlumat təqdim edildikdə;

3. xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;

4. xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam