Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Qanun dəyişilməlidir:“Valideynlik hüququndan məhrumetmə - vəzifələrdən imtina deyil”

“Boşanan ata və ana bir-birlərini valideynlik hüququndan məhrum etmək istəyirlər. Atalıq hüququndan məhrum olunmaq vəzifələrdən imtina demək deyil. Hüquqdan məhrumetmə ilə atalıqdan məhrumetmə fərqli anlayışlardır. Bizdə bunu qarışdırırlar”.


Yenixeber.org: Bu sözləri valideynlik hüququndan məhrumetmə məsələləri ilə bağlı danışan hüquqşünas Şamil Paşayev deyib.

Qeyd edək ki, boşanan tərəflər heyif çıxmaq üçün bəzən bir-birini valideynlik hüququndan məhrum etmək istəyirlər. Valideynlik hüququndan məhrum edilmə çox xoşagəlməz bir məsələdir. Bunun nəticəsində doğma ata, ana, hətta bəzən hər iki valideyn öz uşaqlarının tərbiyəsindən uzaqlaşdırılır.

Maraqlıdır, tərəflər boşanarkən ana hansı şərtlərlə atanı valideynlik hüququndan məhrum etdirə bilər? Hüququn bərpası mümkündürmü?

Şamil Paşayevin sözlərinə görə, ata və ananın övladdan imtina etmək hüququ yoxdur:

“Bizdə elə bilirlər ki, valideynlik hüququndan məhrumetmə atalıq və ya analıqdan məhrumetmədir. Lakin bu belə deyil. Valideynin övladdan imtina etmək hüququ yoxdur. Valideynlik hüququndan məhrum edilmə - vəzifələrindən imtina demək deyil”.

Hüquqşünas qeyd edib ki, valideynin həyat tərzi, münasibəti uşağa ziyan verirsə, onu hüquqdan məhrum etmək olar:

“Atalıq hüququ yalnız uşağa verilən zərərə görə ola bilər. Burada əsas məsələ uşaqdır. Atanın, ananın həyat tərzi, münasibəti uşağa ziyan verirsə, hüquqdan məhrum etmək olar. Lakin bu, vəzifədən məhrumetmə deyil.

Məhrumetmə məhkəmə qaydasında həyata keçirilir. Atanın, ananın uşağın tərbiyəsində iştirak etmək, təhsil ilə bağlı qərar vermək hüquqları var. Uşağın atanın əmlakına vərəsə olmaq hüququ var. Məhrumetmədə bu kimi hüquqlar məhdudlaşdırılır”.

Mütəxəssis əlavə edib ki, ata və ana bu hallarda valideynlik hüququndan məhrum edilə bilərlər:

“Ata və yaxud ana valideynlik vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina etdikdə, valideynlik hüquqlarından sui-istifadə etdikdə valideynlik hüququndan məhrum edilir.

Bununla yanaşı, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqolizm və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə də hüquqdan məhrum edilir. Valideynlik hüququndan məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər”.

Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə əlavə edib ki, qanun dəyişilməlidir:

“Biz qanunda dəyişikliklərin olması üçün mübarizə aparırıq. Yeni qanuna görə belədir ki, əgər kişinin vəziyyəti yaxşı, qadının vəziyyəti pisdirsə, uşaq alınıb, ataya verilməlidir. Hər zaman çalışmalıyıq ki, qadına “bütöv pay” düşsün. 18 yaşlı qızı ərə verirlər, təhsil belə vermirlər. Qadın uşaq dünyaya gətirdikdən sonra isə onu çölə atırlar. Uşaqlarını da əlindən alırlar. Qanun dəyişilməlidir. O zaman boşanmalar da azalar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam