Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ermənilərin növbəti həyasızlığı -Avropa Məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb

Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin yaydığı xəbərə əsasən, sözügedən iddia guya Azərbaycanın “törətdiyi təcavüz nəticəsində mülki əhalinin hüquqlarının pozulması” haqdadır. Söhbət Fərrux kəndi ətrafında baş vermiş məlum hadisələrdən, guya kəndlərin mülki erməni əhalisi üçün yaranan real təhlükələrdən, onlara qarşı vaxtaşırı “güc tətbiqi”ndən gedir. İddia olunur ki, “2021-2022-ci illərdə bunun nəticəsində ”artsax"lıların yaşamaq hüququ pozulub".

Bəs Azərbaycana qarşı belə əsassız iddia icraata götürələcəkmi və onun hansısa hüquqi nəticələri ola bilərmi? Azərbaycan da qarşılıqlı iddia qaldıracaqmı? Qarabağ ərazisinin yuridik olaraq Ermənistana nə dəxli var? Ümumiyyətlə, biz işğalçı Ermənistanı nə vaxt beynəlxalq məhkəməyə verib təzminat tələb edəcəyik? Proses nə yerdədir?


 Zaur Məmmədov


Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd etdi ki, bununla Ermənistan hadisələri qabaqlamaq istəyindədir. Onun sözlərinə görə, onlar öz etdiklərində Azərbaycanı günahlandırırlar: “Bu, Ermənistan üçün çox vacibdir. Çünki Qarabağda baş verənləri ermənilərin ”etnik təmizlənməsi" və onlara qarşı Azərbaycan tərəfindən “dözümsüzlük” kimi bağlamağa çalışırlar. Ermənilər yaxşı bilir ki, xristian həmrəyliyi və kiçik toplum olan ermənilərin müdafiəsində bu hücum onların köməyinə daha çox gələ bilər".

Z.Məmmədov xatırlatdı ki, ermənilər 200 ildir ki, gah Türkiyənin, gah Azərbaycanın ermənilərə qarşı guya etnik təmizləmə siyasəti apardığını iddia edirlər: “Ancaq Ermənistanda, ardınca Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı məlumdur. İndi diplomatiyamızda beynəlxalq hüquq istiqamətində ixtisaslaşan məsul şəxslərimiz var və hücuma hücum taktikasını seçmək lazımdır. Hazırda bundan istifadə edilir. Hansı qərardan asılı olmayaraq, ermənilər istəklərinə çatmayacaq, Xankəndi, Xocalı və digər ərazilərdə üçrəngli bayrağımız ucalacaq. Artıq lobbi qruplar istisna olmaqla, heç kəsdə Ermənistanın hərəkətlərinə inam qalmayıb. Bu cür addımlar özlərinə zərərdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam