Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Zaqatalanın kəndlərindən sel keçib -FAKTİKİ HAVA

 

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, iyulun 4-ü saat 14:00-a olan məlumata əsasən hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.

Gecə saatlarında başlayan yağış nəticəsində 4 iyul saat 04:00-05:00 radələrində Zaqatala rayonu ərazisindən axan Qaraçaydan (Böyükçay), Talaçaydan, Qımırdan, Qımırbazar kəndindən sel keçmiş və hazırda davam edir.

Düşən yağışın miqdarı: Balakəndə 83.0 mm (aylıq normanın 108 %-i), Zaqatalada 80.0 mm (aylıq normanın 104 %-i), Sarıbaşda (Qax) 22.0 mm, Kişçayda (Şəki) 16.0 mm, Astarada 14.0 mm, Qəbələdə 10.0 mm, İsmayıllıda 9.0 mm, Xınalıqda 8.0 mm, Altıağac, Xaltanda 7.0 mm, Qrızda 5.0 mm, Bərdədə 4.0 mm, Şahdağ, Qobustanda 3.0 mm, Ləzə (Qusar), Oğuzda 2.0 mm, Ağdamda 1 mm olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.

Külək: Qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15-17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın maksimal temperaturu: İyulun 3-də Bakıda iqlim normasından 1.0° aşağı olub, Bakıda və Abşeron yarımadasında 25-27° isti, Naxçıvan MR-da 27-33° isti, dağlıq rayonlarda 17-21° isti, aran rayonlarında 26-33° isti olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam