Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Nazir müavini:“Azərbaycana qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var”

 

"Azərbaycana, dövlətimizə qarşı bu gün də kiberfəzada ciddi təhdidlər var və bu təhdidlərə qarşı mübarizə aparmaq, dövlətin əsas məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycanda ciddi kadr potensialı formalaşmalıdır. Təsis olunan Kibertəhlükəsizlik Mərkəzi Məhz bu məqsədə xidmət edəcək”.

Yenixeber.org: Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində, təxminən, 1 000-ə yaxın mütəxəssisin hazırlanması nəzərdə tutulur.

F.Əhmədovun bildirib ki, mütəxəssis hazırlığı təxminən 3 il müddətini əhatə edəcək:

“Hazırlığı bilavasitə "Technion” Universitetinin professor-müəllim heyəti həyata keçirəcək. “Technion” Universiteti son 20 il ərzində 3 Nobel mükafatı laureatı bəxş edib. Təbii ki, “Technion” Universitetinin bu nailiyyətləri kiminlə tərəfdaşlıq edəcəyinə dair seçici və ehtiyatlı olmasını vadar edir. Azərbaycanla əməkdaşlıq şübhəsiz ki, Azərbaycan dövlətinin, onun ali rəhbərinin simasında onun nüfuzuna, eyni zamanda onun inkişaf səviyyəsinə bağlıdır".

Qeyd edək ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsraildə səfəri çərçivəsində iyunun 30-da qurumun yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin tanınmış “Technion” Universiteti arasında müqavilə imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam