Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"MilliÖn" rəsmən "Paşa Holdinq"in oldu –Proses gizli aparılıb?

Azərbaycanda elektron ödəniş sistemləri bazarının aparıcı şirkətlərindən olan “Komtec Ltd” MMC-nin adı dəyişərək “Pashapay” MMC-yə çevrilib.
Yenixeber.org: Vergilər Xidmətinin reyestr məlumatlarında əvvəllər “Komtec Ltd” MMC-yə məxsus olan VÖEN-in (1300615891) artıq “Pashapay” MMC-yə məxsus olduğu qeyd olunub. 

Reyestrdə son dəyişikliyin bu ilin may ayında olduğu bildirilir.
Lakin, “Komtec Ltd” MMC-nin “Pashapay” MMC-yə nə zaman və hansı formada çevrildiyi barədə açıq resurslarda heç bir məlumat yoxdur.
“Vergilər” qəzetinin “vergilər.az” saytında da “Komtec Ltd” MMC-nin ləğv olunması barədə heç bir elana rast gəlmək olmur. 
Nizamnamə kapitalı 22 min manat olan “Pashapay” MMC-nin “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. Ev 153-də yerləşdiyi bildirilir. MMC-yə Məmmədov Samir Sabir oğlu rəhbərlik edir. Məmmədov Samir Sabir oğlu daha əvvəl səhmləri "Paşa Holdiq"ə məxsus olan "Kapital Bank"da Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Baş Direktoru olub.
Qeyd edək ki, artıq “Pashapay” MMC-nin saytında da “MilliÖn” terminallarının onlara məxsus olduğu yazılır.
Bildirilir ki, 3000-dən çox ödəniş terminallarına malik “MilliÖn” şəbəkəsində 150-dən artıq şirkət və 500-dən artıq xidmət növü mövcuddur.
“Million.az” saytında isə “MilliÖn” ticarət nişanının “Komtec Ltd” MMC-yə məxsus olduğu barədə məlumat yer alıb. Ehtimal etmək olar ki, “MilliÖn”nün “Komtec Ltd” MMC-dən “Pashapay” MMC-yə keçməsi yaxın tarixlərdə olduğu üçün saytda müvafiq düzəlişlər edilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam