Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Azərkosmos" ixrac gəlirlərini 38 % artırıb

Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) 33 ölkəyə 10,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Yenixeber.org: Bu barədə iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 3 ölkə çox və 6,5 milyon ABŞ dolları (37,7% ) çoxdur.

5 ay ərzində "Azərkosmos" ən çox Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Fransa (2,2 milyon ABŞ dolları), ABŞ (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları) və Pakistana (0,6 milyon ABŞ dolları) xidmət satıb.

Kosmik Agentliyin xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 87 %-ni təşkil edib ki, bu da illik müqayisədə 3 faiz bəndi azdır.

2022-ci ilin may ayında isə “Azərkosmos” 31 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 2021-ci ilin may ayı ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 0,2 milyon ABŞ dolları (8 %) azdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam