Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Azərbaycanda Rusiya əleyhinə yazılar qadağan oluna bilər? –“Bu sazişdən sonra gözləmək olar ki...”

“Xarici işlər naziri Ceyhun Bayramov ötən gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalayıb. Maraqldır, görəsən, bundan sonra Rusiya əleyhinə tənqidi yazılara Azərbaycanda məhdudiyyətlər tətbiq olunacaqmı? Hansı media bundan sonra Rusiyanın işğalçı müharibəsini "xüsusi əməliyyat" adlandıracaq?...”

Yenixeber.org:  Bunları Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün “feysbuk” hesabından etdiyi paylaşımda yazıb.

Ekspert qeyd edib ki, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə əlaqəli sazişin hökumət başçısı və ya aidiyyatı qurumlar, məsələn, DTX və ya RİNN tərəfindən deyil, məhz XİN rəhbəri tərəfindən imzalanması düşündürücü bir məqamdır: “Düşünmək olar ki, Azərbaycandakı informasiya resurslarının, xüsusilə də rusdilli saytlarımızın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi haqqında tənqidi yazılar və Azərbaycanın maraqlarına zidd fəaliyyət göstərən “RİA Novosti”-nin ölkə ərazisində bloklanması Rusiyanı narahat edib. Məlumdur ki, artıq Rusiyanın rəsmi strukturları bizim bir çox informasiya resurslarımızı bloklayıb. Bu sazişdən sonra gözləmək olar ki, bloklanan Azərbaycan resurslarının Rusiya ərazisində sərbəst fəaliyyəti təmin olunacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam