Redaktor seçimi
Hövsanda stadion ələ keçirildi, hasarlandı – 
İl bitdi, Aygün Əliyevanın “rəfiqə qrantları” bitmir...-
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -
Azərbaycanlı deputat ermənipərəst senatora niyə sponsorluq edib? – Məşhur Məmmədov-David Storobin DOSTLUĞUNUN PƏRDƏARXASI-
Saray qəsəbəsində Parket Fabrikinin tikintisinə necə icazə verilib?! –
Aygün Əliyeva “ölü QHT”ni dirildib, "özəlləşdirib" -
Gəncə Dövlət Universiteti ilə bağlı ŞOK FAKTLAR:
Oliqarx deputat Anar Məmmədovun qaranlıq dosyesi -
Günün xəbəri

Türiyədə erkən prezident seçkiləri keçirilə bilər

Türiyədə erkən prezident seçkiləri keçirilə bilər
"Türkiyədə 2023-cü ilin iyun ayına təyin edilmiş prezident seçkiləri bir ay əvvələ keçirilə bilər"
Yenixeber.org: Bu barədə TGRT telekanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbələrə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, AKP seçkilərin mövcud qanunvericilikdə nəzərdə tutulduğu kimi iyunun 18-də deyil, mayın 14-də keçirilməsini təklif edir və bunu ilkin müddətə görə, ikinci səsvermənin keçirilməsi ehtimalı ilə əsaslandırır. Eyni zamanda güman edilir ki, ikinci səsəvermə olarsa iyul ayına düşəcək. Tətil mövsümü başladığı üçün seçici fəallığı aşağı düşə bilər. Digər tərəfdən planlaşdırılan seçkilərin vaxtı universitetlərdə keçirilən imtahanlarla üst-üstə düşür ki, bu da seçici fəallığına və səsvermənin nəticələrinə mənfi təsir göstərə bilər.

Ərdoğanın partiyası seçkilərin mümkün təxirə salınması ilə bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib. Bundan əvvəl isə Ərdoğan və AKP təmsilçiləri seçkilərin təyin edildiyi kimi - 2023-cü il iyunun 18-də keçiriləcəyini bildiriblər.

Qeyd edək ki, Türkiyədə sonuncu prezident seçkiləri 2018-ci il iyunun 24-də keçirilib və Ərdoğan 52,5% səs toplayaraq qalib olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam