Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

"5 aylıq iqtisadi artım son 12 ilin ən böyük artımıdır" -Hesablama Palatası

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında yaradılmış əlavə dəyər 39 554,8 milyon manat olub ki, bu da ilkin proqnoz məbləğinin 45,7%-nə, təqdim olunmuş yeni proqnoz məbləğinin isə 34,3 %-nə bərabərdir.

Yenixeber.org: Bu barədə “2022-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.

"Baxılan dövr ərzində neft qiymətlərinin əhəmiyyətli artması yanvar-aprel aylarında neft ÜDM-nin 20 085,7 milyon manata yüksəlməsi və ilkin proqnozun 76,6%
yerinə yetirilməsi ilə nəticələnib. Neft ÜDM-nin nominal ifadədə əhəmiyyətli artması ÜDM-in neft komponenti üzrə strukturuna təsir edib və neft sahələrinin payının 50,8%-ə yüksəlməsi ilə nəticələnib.

Neft sektoru üzrə proqnoza nisbətən yüksək həcmdə əlavə dəyərin yaradılması dövlət büdcəsinin icrasına da öz təsirini ötürmüş, hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi yanvar-aprel aylarının sonuna 239 milyon manat proqnozlaşdırılsa da, 1 168,3 milyon manat icra qeydə alınıb.

Ölkə iqtisadiyyatında yaradılmış əlavə dəyərin həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2% iqtisadi artım qeydə alınıb. Bu artım son 12 ilin ən böyük artımıdır. İqtisadiyyatın nominal artımı əsasən neft sahələrindən formalaşsa da, qənaətbəxş haldır ki, real ifadədə artım, demək olar ki, tamamilə qeyri-neft sektoru hesabına təmin edilib. Belə ki, neft sektorunun cüzi 0,2% artımı fonunda qeyri-neft sahələrində 11,4 % artım müşahidə olunub. 2022-ci ilin yanvar-aprel aylarında bütün qeyri-neft sahələrində artım izlənib, qeyri-neft ÜDM-nin 2 rəqəmli artımı əsasən nəqliyyat, turizm, qeyri-neft sənayesi, sosial və digər xidmətlər hesabına formalaşıb.

Qiymət artımının yüksək olması qeyri-neft ÜDM-nin məbləğlərinə, eləcə də dövlət büdcəsinin icrasına təsir edib, mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi yanvar-aprel aylarının sonuna 898,5 milyon manat proqnozlaşdırılsa da, 1 109,9 milyon manat icra qeydə alınıb", - deyə rəydə qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam