Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Ərdoğan Bakıda Əhməd Cavadın şeirini səsləndirdi

                  “Can Azərbaycanın müstəqillik günündə sizinlə birlikdə olmaqdan məmnunam”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Bakıda keçirilən "Teknofest Azərbaycan" festivalında çıxışı zamanı deyib.

"Can Azərbaycan xalqına səmimi qonaqpərvərliyinə görə təşəkkür edirəm. Xəzərin incisi Bakıda "Bir millət, iki dövlət" şüarı ilə "Teknofest" festivalını gerçəkləşdiririk", - deyə R.T.Ərdoğan bildirib.
 

Ərdoğan deyib ki, Qarabağı düşməndən azad edən Azərbaycanla iftixar duyur.
Türkiyə Prezidenti çıxışı zamanı dahi Azərbaycan şairi Əhməd Cavadın şeirindən bir bənd də söyləyib:
“Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram əzilsəm də susmaram!”.
Rəcəb Tayyib ərdoğan deyib ki, Türkiyə və Azərbaycan kədəri də, sevinci də bir olan, sözdə yox, əməldə qardaş olan iki dövlətdir.
“Türkiyə kimi bura da bizim vətənimizdir. Doğulduğumuz yerlər kimi bura da bizim yurdumuzdur. Türkiyənin hər qarışı da sizin vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim çıxara bilər?! İki qardaşı kim ayıra bilər?!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam