Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Ruslan Lunyov:"Qran-pridə qalib gəldiyim üçün şadam"

 

"İspaniyadakı Qran-pridə qalib gəldiyim üçün şadam".

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında İspaniyanın Qrana şəhərindəki Qran-pridə 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada qızıl medal qazanan Azərbaycan atıcısə Ruslan Lunyov deyib.

"Orada məşhur idmançılar, Tokio-2020 Yay Olimpiya Oyunlarının medalçıları da mübarizə aparırdı. Təəssüf ki, burada ikinci növdə iştirak edə bilmədim. Bakıdakı Dünya Kubokuna görə qayıtdım", - deyən təcrübəli idmançı Bakıda keçiriləcək güllə və stend atıcılığı üzrə Dünya Kubokunda şanslarından da söz açıb.

O, Qran-pridə qalib gəldiyi üçün yaxşı formada olduğunu bildirib: "Bu idman növündə psixoloji durum daha önəmlidir. Maksimum nəticə göstərməyə çalışacağam. Azərbaycan idmançılarının və öz şanslarımı yüksək qiymətləndirirəm. Hər idmançı kimi mən də qızıl medal qazanmaq istəyirəm. Amma idmandır. Nəticələrin necə olacağını görəcəyik. Əsas rəqiblərim Almaniya və Fransa təmsilçiləridir".

Lunyovun fikrincə, ev sahibi olmaq komandasına az da olsa, üstünlük verir: "Üstünlüyüm ondan ibarətdir ki, mən buranı yaxşı tanıyıram və küləyə belə öyrəşmişəm. Belə amillər rəqib idmançılara narahatlıq verə bilər. Güclü külək olsa, bizdə əlavə üstünlük ola bilər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam