Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Mədəniyyət Nazirliyi:"Region teatrlarında aktyor və aktrisalara ehtiyac var"

 

Mədəniyyət Nazirliyi region teatrlarında aktrisa çatışmazlığı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Yenixeber.org: Nazirliyin Teatr sektorunun müdiri Könül Cəfərova regionlarda fəaliyyət göstərən bəzi teatrlarda ixtisaslı gənc kadrlara, aktyor və aktrisalara ehtiyac olduğunu təsdiqləyib.

O, həmçinin Mingəçevir Dövlət Dram Teatrında guya aktrisa olmadığından obrazın kişi aktyor tərəfindən canlandırılması ilə bağlı iddialara da münasibət bildirib.

Sektor müdirinin sözlərinə görə, Mingəçevir Dövlət Dram Teatrında nümayiş olunan "Yad" tamaşında Byanka obrazını kişi aktyorunun canlandırması tamamilə rejissor təxəyyülünün məhsuludur

"Mingəçevir Dövlət Dram Teatrında baş rejissor Vüsal Mehrəliyevin quruluşunda Uilyam Şekspirin "Otello" əsərinin motivləri əsasında hazırlanmış "Yad" tamaşasında Byanka obrazını aktyor Ceyhun Əhmədovun ifa etməsi rejissor yozumuna əsaslanır. Doğrudur, regionlarda fəaliyyət göstərən teatrların bir çoxunda ixtisaslı gənc kadrlara, aktyor və aktrisalara ehtiyac var və biz də bu istiqamətdə bir çox layihələr həyata keçiririk".

K.Cəfərova onu da əlavə edib ki, həmin teatra yenicə gənc rejissor göndərilib və müvafiq tapşırıqlar verilib:

"İxtisaslı və istedadlı gənc aktyor və aktrisalardan ibarət truppa formalaşdırması və bununla bağlı Mədəniyyət Nazirliyinə təkliflərini verməsi tapşırılıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam