Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Bakı məktəbində şagirdlərin “Georgi lenti” taxaraq tədbir keçirməsinə aydınlıq gətirilib

 

Bakı məktəbində şagirdlərin “Georgi lenti” taxaraq tədbir keçirməsinə aydınlıq gətirilib.

Yenixeber.org: Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 164 nömrəli tam orta məktəbdə 9 may gününə həsr edilən tədbir interaktiv dərs formatında məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edilib.

Qeyd olunub ki, dərs zamanı çəkilmiş fotoşəkildə əks olunmuş atributlar bir sıra sosial media istifadəçiləri arasında narazılığa səbəb olub: "Məsələ ilə bağlı BŞTİ-nin apardığı təhlil zamanı müəyyən olunub ki, 9 may gününə həsr olunan bu tip dərslər məktəbdə müxtəlif illərdə də keçirilib. Bu dərslərdə əvvəlki illərdə istifadə olunmuş atributlar məktəbdə saxlanılıb və bu il də təkrar olaraq istifadə edilib. Məktəbin müəllimləri ilə söhbət zamanı onlar tədbirin sinifdaxili mahiyyət kəsb etdiyini və bunun məktəbdən kənarda bu qədər ciddi narahatlıq doğuracağını güman etmədiklərini bildiriblər".

Təhsil İdarəsi bu tipli tədbirlərdə həssaslıqla qəbul edilə biləcək məsələləri müəllimlərin, eləcə də məktəb rəhbərliyinin diqqətinə çatdırıb.

"İctimaiyyətin ümumtəhsil müəssisələrində baş verən bu cür hallara diqqətli yanaşmasına görə təşəkkürümüzü bildirir, eyni zamanda həssaslıq doğura biləcək mövzularda təhsilalanların müzakirə predmetinə çevrilməməsini xahiş edirik" - qurumdan bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam