Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Laçın rayonunun Qorçu qəsəbəsinin, Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin, Cəbrayıl rayonunun Şükürbəyli kəndinin, Qubadlı rayonunun Zilanlı, Xanlıq və Mahruzlu kəndlərinin, Laçın rayonunun Güləbird kəndinin, Zəngilan rayonunun Məmmədbəyli və Cahangirbəyli kəndlərinin, Cəbrayıl rayonunun Horovlu kəndinin və Şuşa rayonunun Daşaltı kəndinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub.

Yenixeber.org: Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderlərin qalibi "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu (1-8-ci tenderlər üzrə), “Qala Group” MMC (9-12-ci tenderlər üzrə) və “Feniks-AA” MMC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 420 min manat, 470 min manat, 325 min manat, 290 min manat, 378 min manat, 335 min manat, 380 min manat, 360 min manat, 295 min manat, 340 min manat, 330 min manat, 387 min manat və 250 min manat, ümumilikdə isə 4 milyon 560 min manat ödəniləcək.

Qeyd edək ki, daha əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Qarabağda 9 kənd və qəsəbədə yaşayış məntəqələrinin salınması ilə bağlı tender keçirmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam