Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

“Rumıniya Cənub Qaz Dəhlizinin inkişafını dəstəkləyir” -Virgil Popesku

Rumıniya Cənub Qaz Dəhlizinin inkişafını dəstəkləyir və təchizat marşrutlarının şaxələndirilməsi üçün Türkiyə ilə tərəfdaşlığı təşviq edir.

Yenixeber.org: Bunu Rumıniyanın energetika naziri Virgil Popesku İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, hazırkı geosiyasi və təhlükəsizlik kontekstində tərəfdaşlıq prioritetdir və enerji resurslarından şantaj silahı kimi istifadə edilməməlidir.

Nazir bildirib ki, o, enerji sahəsində Rumıniya ilə Türkiyə arasında Strateji Tərəfdaşlıq çərçivəsində əməkdaşlığın gücləndirilməsinə diqqət ayırıb: “Mövcud geosiyasi və təhlükəsizlik kontekstində tərəfdaşlıq prioritet məsələdir və enerji resurslarından şantaj silahı kimi istifadə edilməməlidir”.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. “Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində Azərbaycanın “mavi yanacağı” TANAP vasitəsilə Türkiyə bazarına, TAP vasitəsilə Avropa bazarına ötürülür. Avropaya birinci mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ümumilikdə ötürülmə gücü 31,5 milyard kubmetrə çatdırılacaq.

Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da, Avvropaya isə TAP vasitəsilə 2020-ci il dekabrın 31-də başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam