Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Britaniya da Rusiyaya sanksiyalarını genişləndirir

Böyük Britaniya hakimiyyəti Ukraynadakı hərbi əməliyyatlarla bağlı Rusiya qarşı tətəbiq edilən sanksiyalar paketi çərçivəsində üç Britaniya şirkətinin aktivlərini dondurub.

Yenixeber.org: Bu barədə Böyük Britaniya hökumətinin yenilənmiş sanksiyalar siyahısında deyilir.

Bildirilir ki, Londonda yerləşən “Photon Pro” və “Majory” şirkətləri, eləcə də baş ofisi Edinburqda yerləşən “Djeco Group”un aktivləri dondurulub.

Sənəddə deyilir ki, bu firmaların hamısı Rusiyanı Ukraynada sabitliyi pozan və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və ya müstəqilliyini pozan və ya təhdid edən hərəkətlərdən çəkinməyə təşviq etmək üçün qara siyahıya salınıb.

“Photon Pro” şirkəti elektron sistemlərin, o cümlədən kosmik və telekommunikasiya sahəsində layihələrin tədqiqi və inkişafı sahəsində xidmətlər göstərir. Britaniya hökumətinin məlumatına görə, şirkətin rəhbərliyinə ruslar Natalya Deqtyar və Yevqeni Qrinin daxildir.

Telekommunikasiya test avadanlığının distribyutoru kimi fəaliyyətə başlayan “Majory” şirkəti hazırda proqram təminatının hazırlanması, həmçinin mobil şəbəkələrin yaradılması, idarə edilməsi və texniki xidməti ilə məşğuldur. Britaniya Nazirlər Kabinetinin saytında yer alan məlumata görə, şirkət ruslar Aleksey Kruqovov və Andrey Zaxarova tərəfindən idarə olunur.

Öz növbəsində, “Djeco Group”un fəaliyyəti film istehsalı üçün avadanlıqların tədarükünə yönəlib. Şirkət 2019-cu ildə Britaniya hökumətinin saytında qeydiyyatdan keçib, onun 75% payı maltalı iş qadını Evqeniya Bernovaya məxsusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam