Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Azərbaycan və Rusiya arasında -“Yaşıl dəhliz” yaradılır


Azərbaycan və Rusiya iki ölkənin xarici iqtisadi fəaliyyətinin iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizi yaradır.
Yenixeber.org: Bu barədə Rusiya Federasiyasının Bakıdakı Ticarət Nümayəndəliyi məlumat yayıb.

Bildirilib ki, layihənin təqdimatı Federal Gömrük Xidmətin (FGX) rəhbərinin müavini Vladimir İvinin rəhbərlik etdiyi FGX nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
Məlumatda vurğulanır ki, layihə iştirakçılarının siyahısını Rusiyanın Federal Gömrük Xidməti və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi müəyyən edəcək:
“Yaşıl dəhlizin Rusiya və Azərbaycan iştirakçıları arasında xarici ticarət müqavilələri bağlanarkən, iki dövlətin gömrük orqanları malların Rusiya və Azərbaycana rahat və sürətli daşınmasını təmin etmək üçün avtomatik olaraq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini tətbiq edəcəklər”.
FGX rəhbərinin müavini qeyd edib ki, artıq Rusiyanın yeddi səlahiyyətli iqtisadi operatoru 100-ə yaxın Azərbaycan şirkəti ilə daimi əsasda işləyir:
“Bu məlumatlar o deməkdir ki, Azərbaycan Respublikasının Rusiyaya tədarük etdiyi məhsulların ən azı 20%-i tərəflər tərəfindən yaradılan yaşıl dəhliz vasitəsilə emal edilə bilər”.
Öz növbəsində Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov vurğulayıb ki, “Yaşıl dəhliz” layihəsinin tezliklə işə salınması ilə yanaşı, Xanoba (Azərbaycan) və Yaraq-Kazmalyar (Rusiya) Avtomobil keçid məntəqələrinin yenidən qurulması və genişləndirilməsi üzrə işlərin vaxtında başa çatdırılması, “Aqroekspress”in istifadəsi ilə məhsul tədarükünün artırılması iki ölkə arasında xarici ticarətdə müsbət tendensiyanı təmin edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam