Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Quru Qoşunlarının birləşmələri ilə -komanda-qərargah təlimləri keçirilir

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir. Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.

Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam