Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Koronavirusa yoluxma artır, universitetlərdə tədris necə təşkil olunacaq? -SORĞU

Koronavirusa yoluxma artır, universitetlərdə tədris necə təşkil olunacaq? - SORĞU

Fevralın 16-da Azərbaycanın ali məktəblərində 2021-2022-ci tədris ilinin ikinci semestr dərsləri başlayır. Son zamanlar isə ölkədə koronavirusa yoluxma sayında yüksək artım müşahidə edilir.

Yenixeber.org:  Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, ikinci semestrdə tədrisin təşkili qaydasında hər hansı dəyişiklik olub-olmayacağı hələ ki məlum deyil. Onun sözlərinə görə, bununla bağlı rəsmi qərar verilməyib: “Tədris ötən semestr olduğu kimi davam edəcək. Yəni tədris həm ənənəvi, həm də onlayn təşkil olunacaq. Artıq semetrin başlamasına hazırlıqlar da görülür. Auditoriyalar dezinfeksiya olunub, girişdə dezinfeksiya apratı quraşdırılıb”.

Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Cavid Hüseynov deyib ki, təmsil etdiyi ali məktəbdə yaz semestri fevralın 16-sı başlayacaq və dərslərin təşkilində dəyişiklik yoxdur: "Hər şey ona uyğun planlaşdırılıb. Artıq ADPU-da dezinfeksiya işləri aparılır, cədvəllər hazırlanır, istilik və digər məsələlər nəzərdən keçirilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Bəhruz Nəzərov vurğulayıb ki, ikinci semestrdə tədrisin təşkili ilə bağlı hər hansı dəyişiklik gözlənilmir: “Hər şey qaydasındadır. Tədrisə birinci semestrdə olduğu kimi davam edəcəyik. Tələbələr sosial məsafənin gözlənilməsi şərtilə tədrisdə iştirak edəcəklər. Həmçinin bu semestrdə IV kurslar istehsalat təcrübəsinə gedəcəklər. Ona görə də ali məktəbimizdə tələbə sıxlığı da azalacaq. Birinci semestrdə olduğu kimi hər mərtəbədə təcrid otaqları yaradılıb. Artıq hazırlıq prosesləri yekunlaşmaq üzrədir. Universitetin elektron sistemində mövzular, təqdimatlar və ədəbiyyat əks olunub”.

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Kəmalə Quliyeva qeyd edib ki, universitetdə 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq: “Bununla bağlı BDU Elmi Şurasının bu gün keçirilən növbəti iclasında qərar qəbul edilib. Elmi Şuranın iclasında 2021/2022-ci tədris ilinin yaz sessiyasının da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada olmaqla hibrid formada təşkil edilməsi barədə qərar verilib”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat xidmətinin rəhbəri Şəhanə Müşfiq isə bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsində ikinci semetrdə tədrisin təşkili ilə bağlı dəyişiklik və ya yenilik yoxdur: “İkinci semester fevralın 16-da başlayır və dərslər ötən semetrdəki kimi keçiriləcək. Yəni nəzəri fənlərin mühazirəsi onlayn, seminarı isə ənənəvi qaydada olacaq. Xüsusi qabiliyyət tələb edən fənlər isə ənənəvi qaydada, canlı şəkildə tədris ediləcək. Çünki naziriliyin əlavə tələbi yoxdur”.

Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) Mətbuat və informasiya şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva isə bildirib ki, qaydaya uyğun olaraq fevralın 16-da ali məktəbdə dərslər başlayacaq: "Tədris hibrid formada olacaq. Ötənilki kimi mühazirələr onlayn, seminarlar isə ənənəvi qaydada keçiriləcək. Həmçinin pandemiya qaydalarına uyğun olaraq təhlükəsizlik tədbirləri görüləcək. Artıq univeristetin bütün korpusları dezinfeksiya edilib”.

Qeyd edək ki, bir müddətdir yoluxma sayları 6 min ətrafındadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam