Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Dövlət Komitəsinin sədri -məktəblərdəki neqativ hallara münasibət bildirib

Dövlət Komitəsinin sədri məktəblərdəki neqativ hallara münasibət bildirib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova son günlər sosial şəbəkələrdə məktəblərdə şagirdlərin müəllimlərə qarşı hörmətsiz davranışlarını əks etdirən görüntülərə münasibət bildirib.

Yenixeber.org: O deyib ki, bu məsələnin görünən tərəfidir.

"Bəlkə də oxşar hadisələr olur və biz bundan xəbər tutmuruq. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır", - Dövlət Komitəsinin sədri vurğulayıb.

B.Muradova müəllim və valideynlərə çağırış edib: "Yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Burada ailənin, cəmiyyətin, məktəbin və dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq, baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq. Bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur. Biz də töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət buna töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam