Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Qırğızıstanla Tacikistan arasında danışıqlar baş tutmayıb-atışma davam edir

Qırğızıstan və Tacikistan nümayəndələri arasında atəşin dayandırılması ilə bağlı danışıqlar baş tutmayıb.

Yenixeber.org: Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hazırda Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar davam edir.

"2022-ci il yanvarın 27-də Qırğızıstan və Tacikistanın hərbi qulluqçuları arasında 10 dəqiqə ərzində atəş dayandırılıb. Atəşkəs dövründə Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbayevin Tacikistanın Suqd vilayətinin qubernatoru ilə görüşü olmalı idi. Lakin tacik tərəfi ikitərəfli razılaşmanı yenidən pozaraq Qırğızıstan hərbçilərinin mövqelərini atəşə tutmağa davam edib”, - məlumatda bildirilir.

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi öz növbəsində Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilər olduğunu bəyan edib:

"Qırğızıstan tərəfindən yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri intensiv atəşə tutulub. Tacikistanın mülki şəxsləri və sərhədçiləri arasında itkilər var".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam