Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Qırğızıstan-Tacikistan sərhədində atışma davam edir-YENİLƏNDİ

Qırğızıstan-Tacikistan sərhədində atışma davam edir 

         Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində 17 nəfər xəsarət alıb.
Yenixeber.org: Onlardan 11 nəfərin Tacikistan hərbçiləri olduğu, qalanların sakinlər olduğu qeyd edilib.

       ***
Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində 6 nəfər xəsarət alıb. Onların Tacikistan vətəndaşıdır olduğu bildirilir
Bu barədə "Sputnik Tacikistan" məlumat yayıb.
Atışma nəticəsində bir nəfərin öldüyü qeyd edilib.
       ***
                 Qırğızıstan və Tacikistan sərhədində başlayan atışma davam edir.
Yenixeber.org: Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti Tacikistanla sərhəddə olan gərginlik barədə məlumat yayıb.
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.
Daha sonra iki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.
Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.
Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.(TASS)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam