Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

SOCAR:“Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

SOCAR: “Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistanın hansısa vilayətindəki bitum sexinə ehtiyacı və ümumiyyətlə bu ölkədə marağı yoxdur”

Yenixeber.org: Bunu şirkətin İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

O, bu barədə SOCAR-ın Ermənistanın Ararat rayonunun Surenavan kəndindəki Ermənistan-Rusiya birgə müəssisəsi - bitum zavodunu almaq istəməsi barədə erməni mətbuatının yazdıqlarına münasibət bildirərkən danışıb.

"Bu cür absurd iddialar SOCAR-ın miqyası ilə uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstanda ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkət, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür", - deyə İ.Əhmədov qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistanın “Qraparak” qəzeti öz mənbələrinə istinadən yazıb ki, SOCAR Ermənistanda bitum zavodunu almaq istəyir. Qəzat iddia edib ki, bu məsələ ilə bağlı Azərbaycanın ən böyük vergi ödəyicilərindən biri olan şirkət Gürcüstanın vasitəçiliyi ilə danışıqlar aparır.

Araratdakı zavod 2006-cı ildən işə düşüb, Ermənistandakı “məxməri inqilab”dan il yarım sonra isə fəaliyyətini dayandırıb. Yeni hökumət yol tikintisi zamanı əsasən İrandan xammal alıb və bitum zavodunun məhsullarına ehtiyac olmayıb. Hazırda burada cəmi bir neçə işçi qalıb, müəssisənin telefon nömrələrinə isə cavab verilmir. Buna görə də nəşr bu məsələ ilə bağlı rəsmi şərh ala bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam