Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Kosmosda kinostudiya tikiləcək-Tom Kruzun filmi üçün

Tom Kruzun filmi üçün kosmosda kinostudiya tikiləcək

  ABŞ-lı aktyor Tom Kruzun filminin çəkilişləri üçün kosmosda ilk kinostudiya və idman zalı tikiləcək.
Yenixeber.org: Bu barədə Britaniyanın "Space Entertainment Enterprise" (S.E.E) məlumat yayıb. Məlumatda şirkət kosmosda ilk kinostudiyasının yaradılmasından danışıb.
Şirkət aktyor və rejissor Tom Kruzun yeni filminin istehsalı ilə məşğuldur. Kosmosda tikişəcək kinostudiya və idman zalı "mikrocazibə şəraitində kontent yaratmaq istəyən rəssamlar, prodüserlər və yaradıcılar" üçün nəzərdə tutulmuş SEE-1-in ayrıca modulunda yerləşəcəklər.
"SEE-1 - bəşəriyyətin başqa reallığa keçmək və kosmosda yeni səhifəyə başlamaq üçün inanılmaz bir fürsətdir" - şirkətin təsisçiləri Dmitriy və Elena Lesnevskinin bəyanatında deyilir.

Tom Kruzun filminin adı və yayımlanma tarixi hələ açıqlanmayıb. "The Sun"-ın yaydığı məlumata görə, aktyor "Qeyri-mümkün tapşırıq" franşizasının son hissələrindən birini çəkmək üçün kosmosa uçmağı planlaşdırır. Qeyd olunurdu ki, Kruz planını həyata keçirtmək üçün böyük məbləğdə pul xərcləməyə hazırdır və bu barədə NASA-nın üzvləri ilə danışıqlar aparır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam