Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Səfirlikdən Pekresə tutarlı cavab:"...dözülməzdir və buna son qoyulmalıdır"

Səfirlikdən Pekresə tutarlı cavab

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmüş Valeri Pekresin yerli mətbuatda sayıqlamalarına etiraz olaraq mətbuat açıqlaması yayıb.
Yenixeber.org: Mətbuata açıqlamasında səfirlik Fransa prezidentliyinə namizəd Valeri Pekresin iddialarına cavab verərək, onu ən azından prezidenti olmaq istədiyi ölkənin milli qanunvericiliyinə riayət etməyə çağırıb.
Dekartın “həqiqətə çatmaq üçün həyatda bir dəfə insan ona deyilən bütün fikirlərdən qurtulmalı və bütün bilik sistemini yenidən qurmalıdır” aforizmi ilə başlayan açıqlamada Azərbaycana qarşı iddiaların qəbuledilməz olduğu vurğulanır.
Qanunsuz səfərini ört-basdır etməyə çalışması üçün yanlış iddialardan əl çəkməli olduğu bildirilir. Fransa qanunvericiliyinin aidiyyəti müddəaları xatırladılaraq qeyd edilir ki, Fransa prezidenti seçkilərinə namizəd öz ölkəsinin qanunlarına hörmətlə yanaşmalıdır.
“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün əsasını təşkil edən yuxarıda qeydolunan prinsiplərə xanım Pekresin göstərdiyi hörmətsizlik dözülməzdir və buna son qoyulmalıdır. Seçki korluğu Azərbaycanla beynəlxalq hüquq prinsipləri əsasında qurulmuş köhnə dostluq münasibətlərini təhlükə altına almaqla yanaşı, Qafqaz regionunun sabitliyinə və inkişafına da xələl gətirə bilər”, - deyə mətbuata açıqlamada qeyd olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam