Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BDU-da -8 fakültəyə dekan seçilib

BDU-da 8 fakültəyə dekan seçilib

Bakı Dövlət Universitetində (BDU) müvafiq fakültələrdə və bir sıra kafedralarda boş olan dekan və kafedra müdiri vəzifələrinin tutulması üçün seçkilər keçirilir.

Yenixeber.org: BDU-nun mətbuat xidmətindən verilən xəbərə görə, seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilir.

Bildirilib ki, 30 noyabr tarixdə verilmiş elan əsasında 8 fakültədə səlahiyyət müddəti bitmiş dekan vəzifələrinə seçkilər artıq yekunlaşıb.

Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov isə Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam