Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bir mənzildə 3 dəfə oğurluq...- Mühafizə idarəsi pul sayır/FOTOLAR

Yanvar ayının 13-də gecə saatlarında Abşeron rayon, Novxanı qəsəbəsi, yeni yaşayış massivində, "Qurd dərəsi" adlanan ərazidə yerləşən Yusifov Qəhrəman Etibar oğluna məxsus mənzildə oğurluq hadisəsi baş verib.
Yenixeber.org: Gecə saatlarında mənzilə daxil olan oğrular bir neçə əşyaları qırmış, evdəki krosna antenna idarəetmə aparatı, ev sahibinə məxsus qiymətli parfum və digər bəzi əşyaları götürmüşlər.

Bir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır ,// FOTOBir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır ,// FOTO
Qeyd edək ki, hadisə baş verən mənzilin sahibi, eyni zamanda Qarabağ müharibəsi veteranı Qəhrəman Yusifov redaksiyamıza bildirib ki, 2016-cı ildən Abşeron rayon Mühafizə idarəsi ilə mənzilinin mühafizəsi üçün müqavilə imzalayıb. Müqavilə üçün ondan əvvəlcə 1.800 (,min səkkiz yüz) AZN məbləğ tələb olunub. O, maddi imkanları xaricində olan bu məbləği ödəməkdən imtina edib. Sonra şəxsi tanışlıq əlaqələrindən istifadə edərək, ödəniş məbləğinə güzəşt edilərək, 1.200 (min iki yüz) AZN-ə qədər azaldılıb. Beləliklə Qəhrəman Yusifov 1.200 (min iki yüz) AZN məbləği ödəyərək, idarə ilə mühafizə müqaviləsini imzalayıb. Artıq, 6 ildir ki, Q.Yusifov mühafizə idarəsinə hər ay 30 (otuz) AZN ödəniş ödəyir.
Müqaviləyə əsasən idarə tərəfindən mənzildə mühafizə kameraları quraşdırılıb. Mühafizə idarəsi ilə müqavilə imzalandığından bəri artıq 3-cü dəfədir ki, eyni hadisə baş verir. İlk cəhdi xəbərdarlıq siqnalizasiyasının işə düşməsi səbəbindən uğursuz alınan oğrular, ikinci və budəfəki - üçüncü cəhddə ev sahibinə xeyli miqdarda maddi ziyan vurublar.
Qəhrəman Yusifovun sözlərinə görə təhlükəsizlik siqnalının xəbərdarlığına baxmayaraq, mühafizə idarəsinin əməkdaşları, olay yerinə gecikib. Məhz bu səbəbdən mənzildə dağıntılar və əşyaların sındırılması, həmçinin rahatca götürülməsi üçün oğruların kifayət qədər geniş zamanı olmuşdur.
Odur ki, Qəhrəman Yusifov yüksək məbləğ qarşılığında müqavilə imzaladığı, həmçinin mənzilini qorumaları üçün illərdir hər ay ödəniş etdiyi mühafizə idarəsinin fəaliyyətindən narazıdır.
Hadisə ilə bağlı Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Hadisələrin təfərrüatları və görüntüləri növbəti yayımda təqdim ediləcəkdir.
DogruXeber.az
Bir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır ,// FOTOBir mənzildə 3 dəfə  oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır ,// FOTO

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam