Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şəki şəhərində turistlər üçün dağ gəzinti marşrutları istifadəyə verilib

Şəki şəhərində turistlər üçün dağ gəzinti marşrutları istifadəyə verilib

Azərbaycan Turizm Bürosunun tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatı 2020 və 2021-ci illər ərzində başlatdığı uzunluğu ümumilikdə 26 km olan və 4 fərqli istiqamətləri özündə birləşdirən yürüş cığırlarının (haykinq) işarələnməsini başa çatdırıb.

Yenixeber.org: Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Bildirilir ki, birinci mərhələdə Yuxarı Karvansaray ilə “Güllütəpə” adlanan ərazini birləşdirən qədim cığır yolu işarələnib, ikinci mərhələdə isə Xan Sarayı ilə Xan yaylağı və Qurcana şəlaləsini birləşdirən dağ marşrutu işarələnərək istifadəyə verilib.

Turistlər bu marşrutlar üzərindən Şəki mənzərəsinin göründüyü nöqtələri, saxsıdan köhnə taclıq su yolunu və Şəki mədəniyyəti üçün xüsusi əhəmiyyətə malik olan sarağan ağaclarını müşahidə etmək imkanı əldə edəcəklər.

Eyni zamanda Şəki şəhərinə səfər edən turistlər Xan Sarayı ilə Qurcana şəlaləsini birləşdirən dağ gəzinti marşrutundan istifadə etməklə Şəkinin gözəl mənzərələrini, dağılmış məsciddən qalma tarixi minarəni, daş döşənmiş yolları, şair Bəxtiyar Vahabzadənin ev muzeyini görə biləcəklər.

Bundan əlavə, Xan Sarayı ilə Xan yaylağını birləşdirən 2 marşrut da işarələnərək istifadəyə verilib. Bunlardan biri “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda “Birinci rayon” adlı ərazidən, digəri isə Şəki əhalisi arasında “Çatqal” adı ilə məşhur olan dərədən keçir. Marşrutların üzərində kempinq üçün əlverişli yerlər, eləcə də istiqamətlər və bulaqlar barədə məlumatlar ox işarələri və lövhələrlə göstərilib.

Yürüş marşrutları Şəkinin gediş və dönüş istiqamətlərində quraşdırılıb. Regionun digər dağ cığırları üzrə həyata keçirilən işlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam