Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Səttar Möhbalıyev:“Azərbaycanın müəllifi olduğu reallıqlar Brüssel bəyanatı ilə dəstəkləndi”

 

 

“Dövlətimizin başçısı cənab İlham Əliyevin Brüssel səfəri Azərbaycanın növbəti uğuru və diplomatik qələbəsidir. Bir daha Azərbaycanın bölgəyə gətirdiyi yeni perspektivlər, sülh və sabitliyə, geniş əməkdaşlığa hesablanmış reallıqlar, bu istiqamətdə milli maraqlara söykənən mövqeyi birmənalı şəkildə dəstəkləndi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında bu aydın şəkildə görünür. Bəyanatda sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiyası və delimitasiyası məsələsi, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr görüşləri və bəyanatlarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi kimi çağırışlar bilavasitə Azərbaycanın maraqları ilə üst-üstə düşür və postmüharibə dövrünün reallıqlarıdır”.

Yenixeber.org: Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Həmçinin regionda iqtisadi əməkdaşlığın inkişafı, birgə əməkdaşlıq platformalarının yaradılması, ən əsası isə kommunikasiyaların bərpası, o cümlədən dəmir yolu xəttinin çəkilməsi kimi məsələlərin gündəmə gəlməsi bir daha onu göstərir ki, Ermənistanın iddia etdiyi “geriyə dönüş” mümkün deyil. Azərbaycanın ədalətə söykənərək işğala son qoymaq üçün apardığı haqq mübarizəsinin yaratdığı nəticələrin miqyası qlobal xarakter daşıyır və beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpası üçün böyük əhəmiyyətə malikdir”, - Milli Məclisin deputatı bildirib.

Onun sözlərinə görə, artıq bütün dünya, o cümlədən Qərb ölkələri və onların birləşdikləri təşkilatlar da anlayır ki, Azərbaycanın bütün hədəfləri sülhə, sabitliyə hesablanıb. İşğalın nəticələrindən region ölkələri də uzun müddət əziyyət çəkib, Ermənistanın bu çirkin əməli əməkdaşlığa, iqtisadi əlaqələrə böyük ziyan vurub. Bu gün bölgədə sülh və sabitliyin davamlı təminatı kommunikasiyaların açılmasından, aktiv dialoqun qurulmasından, qonşu olmağı bacarmaqdan keçir. Bunun üçün mütləq sülh sazişi üzərində iş aparılmalı, düşmənçiliyə son qoyulmalı, yeni reallıqların əhəmiyyəti Ermənistan tərəfindən dərk olunmalı və bundan sonra düşdüyü bataqlığdan çıxa bilmək imkanı qazana bilər”.

“Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun Baş katibi Yens Stoltenberqlə Prezident İlham Əliyevin keçirdiyi görüşlər, səslənən fikirlər, verilən bəyanatlar Azərbaycanın Ermənistanla müqayisədə həm geosiyasi, həm də geoiqtisadi üstünlüyünü göstərdi. Hər iki təşkilat Azərbaycanla əməkdaşlıqdan mənunluq ifadə etdilər və ölkəmizin etbarlı tərəfdaş olduğunu bir daha təsdiqlədilər”,  - deyə, qeyd edən S.Möhbalıyev vurğulayıb ki, bütün bunlar dövlətmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış, ölkəmizin bütün sahələrdə milli maraqlarına cavab verən uğurlu xarici siyasətinin təntənəsidir: “Azərbaycan artıq regionun hərtərəfli inkişaf etmiş lider dövlətidir. Bütün dövlətlər, təyinatından və fəaliyyət istiqamətindən asılı olmayaraq beynəlxalq və regionlar təşkilatlar Azərbaycanla əməkdaşlıqda maraqlı görünürlər. Ümumilikdə Brüssel görüşləri Azərbaycanın bütün cəbhələrdə və platformalarda haqlı qələbələrinin bir daha təsdiqidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam