Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Hesabat-seçki konfransına çağırılmayan Firdovsi Umudov DANIŞDI –“Gedim, dava edim?”

Ötən gün Azərbaycan Güləş Federasiyasında keçirilən hesabat-seçki konfransına qurumun vitse-prezidenti Firdovsi Umudov dəvət olunmayıb. Digər vitse-prezidentlər iclasda iştirak etsələr də, Firdovsi Umudovun seçki konfransına qatılmaması təccüb doğurub.
Yenixeber.org: Bu barədə Firdovsi Umudov məsələyə belə mövqe bildirib:
“Dəvət olunmamağımın səbəbini ən yaxı Güləş Federasiyası bilər. Nə deyim? Dəvət olunmayan yerə necə gedim? Orada seçki keçirilib və Güləş Federasiyasına yeni rəhbər seçilib. Dəvət eləməyiblər, ona görə də iştirak etməmişəm. Qabaqlar olurdu, dəvət edirdilər, biz də qatılırdıq. İndi etmirlər. Gedib dava eliyəsi deyiləm ki... Çağırılan yerə gedərlər, çağırılmayan yerə getməyin mənası yoxdur. İndiyə qədər də hansı tədbir keçirilib, dəvət olunmamışam”. 

Qeyd edək ki, Firdovsi Umudov 2018-ci ilin yanvarından Azərbaycan Güləş Federasiyasının vitse-prezidentidir. 
Xatırladaq ki, ötən gün Azərbaycan Güləş Federasiyasında (AWF) hesabat-seçki konfransı keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.(Bizim.media) 
Alçina Amilqızı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam