Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MTN GENERALI HƏBSXANADA VƏFAT ETDİ -Dövlətə xəyanətdə ittiham olunurdu

MTN generalı həbsxanada vəfat edib. Lent.a xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada dünyasını dəyişib.

Yenixeber.org: Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Z. İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Z. İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Istintaq materiallarına görə, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlunun keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət etdiyi müəyyən edilib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

İstintaq gedişatında Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Z. İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilmişdi. Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin prostesti əsasında Bakı Apellyasiya Məhkəməsi Zakir İsmayılovun cəzasının ağırlaşdıraraq onun ömürlük azadlıqdan məhrum ediıməsinə dair qərar çıxarmışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam