Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Uşaqlara müavinət verilir -3 yaşadək/VİDEO

Uşaqlara müavinət verilir - 3 yaşadək/VİDEO

Yeni doğulan uşağa 3 yaşadək müavinət ödənilir. Bunun məbləği körpənin yaş yarımınadək 44 manat, yaş yarımından üç yaşadək isə 28 manat təşkil edir. Bu qayda işləməyən şəxslərə şamil edilmir.

Yenixeber.org: Bu haqda Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat katibi Rəşad Mehdili Xəzər TV-yə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu müavinət çalışan şəxslərin qismən ödənişli sosial məzuniyyətdə olduqları dövrdə verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli məzuniyyətə çıxan zaman çalışdığı müəssisəyə müraciət etməlidir:

“Uşağın doğum haqqında şəhadətnaməsi əsasında müəssisə işçiyə onun ərizəsində qeyd etdiyi müddətdə, yəni uşağın 3 yaşı tamam olan dövr üzrə məzuniyyətə çıxması haqqında əmr verir. Bundan sonra şəxsin işlədiyi qurum uşağa 3 yaşa qədər aylıq pulun ödənilməsi üzrə müvafiq sənədləri sığortaçıya, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondununa (DSMF) təqdim edir. Həmin sənədlər əsasında müavinətin ödənilməsi təmin edilir”.

Ətraflı videomaterialda:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam