Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Qubadlıda erməni vandaliziminə məruz qalan qəbiristanlıq -FOTOREPORTAJ

Qubadlıda erməni vandaliziminə məruz qalan qəbiristanlıq - FOTOREPORTAJ

İşğaldan azad edilən Qubadlı rayonu ərazisində yerləşən qəbiristanlıqlar erməni vandalizimin qurbanı olub.

Yenixeber.org: Düşmən 30 ilə yaxın işğal altında saxladığı rayonun dini, mədəni, tarixi abidələri ilə yanaşı məzarlıqları da dağıdaraq viran qoyub.

İşğalçılar məqsədyönlü şəkildə azərbaycanlılara məxsus məzar daşlarını məhv etməyə çalışıblar. Qəbirlərin başdaşlarını oğurlayaraq aparıblar, məzarları isə qazıblar. Bir çox qəbirdaşları isə tanınmaz hala salınıb.

Qubadlı işğaldan azad olunandan sonra bəzi qəbirüstü daşlar bərpa olunub. Amma məzarların əksəriyyətinin yerini müəyyənləşdirmək belə mümkün deyil.

Qeyd edək ki, Qubadlı rayonu 1993-cü ilin avqust ayının 31-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayonun sərvətləri düşmən tərəfindən tar-mar edilib, infrastruktur sıradan çıxarılıb, yaşayış məntəqələri vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.

Qubadlı şəhəri 2020-ci ilin oktyabr ayının 25-də Azərbaycan Ordusu tərəfindən Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam