Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

XİN başçısı: -“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ilk ölkə olub”

XİN başçısı: “Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçilik edən ilk ölkə olub”

“Hesab edirəm ki, Gürcüstan Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün vasitəçi kimi çıxış edən ilk ölkə olub”.

Yenixeber.org: Bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə “nazir saatı” formatında çıxışında deyib.

Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təşəbbüsü və ABŞ-la effektiv əməkdaşlıq sayəsində Azərbaycan və Ermənistan arasında humanitar razılaşma əldə edilib.

Xatırladaq ki, bu ilin iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam