Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

AMEA-nın Dilçilik İnstitutunun direktoru təyin olunub-FOTO

Tanınmış naşir AMEA-nın Dilçilik İnstitutunun direktoru təyin olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, bu vəzifəyə tanınmış naşir, filologiya elmləri doktoru, professor Nadir Məmmədli təyinat alıb.

N.Məmmədli yeni təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, Məmmədli Nadir Baloğlan oğlu 1959-cu ilin sentyabrın 19-da anadan olub.

O, 1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini, 1988-ci ildə isə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik fars dili şöbəsini bitirib.

N.Məmmədli əvvəllər də, yəni 1985-1992-ci illərdə Dilçilik İnstitutunda çalışıb. 1992-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında müəllim və dosent vəzifəsində işləyib. O, 4-ü dərs vəsaiti olmaqla 17 kitabın müəllifidir.

N.Məmmədli Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

O, "Nurlan" və "Elm və təhsil" nəşriyyatlarının təsisiçisidir.(report)

 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam