Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlərin bərpasına -15 milyon manat xərclənəcək

Müharibə vaxtı 11 şəhər və rayonda dağılmış evlərin bərpasına 15 milyon manat xərclənəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda (1 və 2), Gəncə şəhərində, Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (3), Gəncə və Naftalan şəhərlərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (4), Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (5), eləcə də Gəncə şəhərində (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.

Yenixeber.org: Dövlət satınalmalarının vahid internet portalı xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Az-Caspian Construction”, “Real-İnşaat”, “Az Graft Construction”, “Parlaq-N” MMC-lər, “Rabitəinşaat” ASC, “Conco” QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 3 490,3 min manat, 2 950,2 min manat, 3 118,7 min manat, 2 035,1 min manat, 2 113,4 min manat və 1 030,8 min manat, ümumilikdə isə 14 738,5 min manat ödəniləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam