Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində -tələbələr dindirilib

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenixeber.org: Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-nun tələbəsi Şəhanə İbrahimova ifadə verib.

O deyib ki, universitetdə təhsil almaq üçün D.Əliyevaya 4 min manat pul verib: “Bir müddət sonra isə mənə universitetdən bildirildi ki, ora 2 min manat ödəniş borcum var. Universitetə təhsil olmaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə söylədi ki, burada iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyım. Ondan səbəbini soruşdum. Dedi ki, burada bələdir”.

Daha sonra şahbid qismində BSU-nun digər tələbəsi Rauf Həsənov dindirilib. O bildirib ki, D.Əliyevaya universitetdə təhsil alması üçün ondan 2 min manat pul verib.

R.Həsənov ona dəymiş 2 min manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödəməsini istəyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam