Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Nə müsbət, nə mənfi heç nə olmayacaq"

 
Dünyada inflyasiya və bu barədə proqnozlar yüksələrkən, bir çox mərkəzi bank faiz artırıb, ya da bunun siqnallarını verməyə başlayıb.

Yenixeber.org: Sentyabr ayından başlayaraq bir çox ölkədə faizlər artıb. Braziliya, Rusiya, Pakistan, Azərbaycan, Ermənistan, Moldova, Çili, Paraqvay, Peru, Rumıniya, Yamayka, Uruqvay, Kolombiya, Macarıstan, Çexiya, Yeni Zelandiya, Polşa, İslandiya və Noveç 1 sentyabr-19 oktyabr dövründə mərkəzi banklarının pul siyasəti faizinin artırılmasına imza atan ölkələrdir.

2021-ci ildə dünyada faiz endiriminə gedən 5 ölkə var. Bu ölkələr Türkiyə, Konqo, Uqanda, Danimarka, Qana və İndoneziyadır. Ancaq bu ölkələrdən yalnız Türkiyə və Danimarka payız dövründə faiz endiriminə gedib. Mərkəzi bankların payızda faiz artımı “fırtınası”nın hansı təsirləri ola bilər?

İqtisadçı-alim Fuad İbrahimov bildirib ki, əslində bu, bir bank alətidir və bazar iqtisadiyyatı dəyərlərinə bağlı olan göstəricilər olduqda, faiz dərəcələri artdıqda bank faizləri də artır:

“Bank faizləri artdıqda investisiya maraqları da artır. Uçot dərəcələrinin azalması, həqiqi bazar istisadiyyatının tələblərinə cavab verən iqtisadiyyatda belə olanda faiz azalmalıdır. Bu isə iqtisadiyyatda əhəmiyyətli drayver olmur. Digər iqtisadiyyatlarda isə aktivliyə, yaxud passivliyə keçə bilər. Bizdəki vəziyyətlə bağlı hər hansı təhlükə yoxdur. Nə müsbət, nə mənfi heç nə olmayacaq. İnflyasiyaya təsirinə gəldikdə isə onun hazırda elə bir mahiyyəti yoxdur.Bu, daha çox bankın öz aktivləri ilə bağlıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam